Modern.az

Naftalanda Ağsaqqallar Şurasına yeni sədr seçilib - FOTOLAR

Naftalanda Ağsaqqallar Şurasına yeni sədr seçilib - FOTOLAR

21 Aprel 2021, 14:06

Aprelin 21-də Naftalanda şəhər Ağsaqqallar Şurasının konfransı olub.

 

Modern.az xəbər verir ki, konfrans iştirakçıları öncə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

 

Mövcud karantin rejimi qaydalarına uyğun olaraq keçirilən tədbirdə ötən bir ildə şuranın gördüyü işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə edilib. Məruzə və çıxışlarda möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən çoxşaxəli işlər vurğulanıb, respublikamızın daha sürətli inkişafında şəhər ağsaqqallarının da üzərinə müəyyən vəzifələr, həyata keçirilən quruculuq tədbirlərində şəhər ağsaqqallarının hər birinin səyinin vacibliyi vurğulanıb.

 

Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.

 

Konfransda təşkilati məsələlərə baxılıb, ağsaqqallar şurasının yeni tərkibi seçilib, Şura üzvləri və İdarə Heyəti formalaşdırılıb. Möhübbət Bədəlov şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat