Modern.az

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları təlimlərdə - FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları təlimlərdə - FOTOLAR

21 Aprel 2021, 14:12

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları “VİSSİM”, “VİSUM” və “VİSTRO” simulyasiya proqramlarının təlimlərində iştirak ediblər.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, qeyd olunan proqram təminatları dünyanın ən qabaqcıl və təkmil simulyasiya alətləri hesab olunur:

 

“Bu proqramların imkanlarından istifadə etməklə mobilliyin butün növlərini simulyasiya etmək, nəqliyyat tələb və təklifi, davranışları və nəqliyyat siyasətlərinin ətraflı şəkildə modelləşdirilmək mümkündür”.

 

Bildirilib ki, 1-20 aprel tarixlərində keçirilən “PTV Group” firmasının məhsulu olan simulyasiya proqramlarının təlimlərində əməkdaşların bilik və bacarıqları aşağıdakı istiqamətlərdə daha da artırılıb;

 

- nəqliyyat strategiyalarının və onların həlləri üzrə makro ölçülü simulyasiyaların hazırlanması;

- yol hərəkəti iştirakçılarının, logistika xidmətlərinin təsirlərini bir modeldə birləşdirən mikro ölçülü simulyasiyaların hazırlanması;

- şəbəkə və tələb modelləşdirilməsi;

- proqnozlaşdırılmış nəqliyyat axınlarının analizi;

- yol qovşaqlarının xidməti səviyyələrinin ölçüsünün müəyyənləşdirilməsi;

- siqnal-vaxt optimallaşdırılması;

- nəqliyyat-təsir analizi;

- birdən çox ssenariləri idarəetmə və əhatəli hesabatların hazırlanması.

 

Bildirilib ki, təlim Agentliyin gələcək layihələrinin səmərəliliyini və görüləcək işlərin keyfiyyətini daha da artıracaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat