Modern.az

Qazaxıstanın Bakıdakı səfirliyində azərbaycanlı ziyalılar təltif edilib

Qazaxıstanın Bakıdakı səfirliyində azərbaycanlı ziyalılar təltif edilib

Aktual

22 Aprel 2021, 08:55

Qazaxıstanın Bakıdakı səfirliyində Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, “Beynəlxalq münasibətlərin təhlili mərkəzinin” sədri Fərid Şəfiyev, yaradıcılıq və elm sahəsinin ziyalıları iştirak ediblər.

Çıxışının əvvəlində səfir Serjan Abdıkarimov Qazaxıstan Respublikasının yeni tarixi şəraitlərdə dövlət müstəqilliyinin təməli və formalaşdırılmasının əsas mərhələləri və nailiyyətləri, “eşidən dövlət” konsepsiyasının mahiyyəti, ölkəmizin demokratiyalaşması və siyasi sisteminin modernləşməsi istiqamətinə yönələn yeni sosial-iqtisadi və ictimai islahatlar haqqında görüş iştirakçılarına məlumat verib. Türk inteqrasiyasının önəminə diqqət yetirən diplomat Türkistanın Türk Şurasının mənəvi paytaxtı statusunun müəyyən edilməsi, bu müqəddəs şəhərinin beynəlxalq cəmiyyətdə ümumtürk əhəmiyyətinin gücləndirilməsi istiqamətində Türk Şurasının bu yaxınlarda baş tutan sammitinin tarixi rolunu vurğulayıb.
Türkistanın dirçəlişi haqqında məlumat iştirakçılarda böyük maraq oyadıb və onlar bunu təqdim etdiyi filmdə öz gözü ilə görməyə imkan əldə ediblər.

Tədbir zamanı iştirakçılar tarixi irsinin yenidən dərk edilməsi ilə bağlı birgə işi, linqvistik mənbələrin yenidən işıqlandırılması, türkdilli dövlətləri arasında konsolidasiyasının və əlaqələrin möhkəmləndirilməsinə yönələn türklərin maddi və mənəvi mədəniyyəti işlərin təhlili ətrafında fikir mübadiləsi apardılar.

Qazaxıstan-Azərbaycan münasibətlərin hazırkı durumunu və aktual məsələləri müzakirə edərək, görüş iştirakçıları mədəniyyət-humanitar sahədə qarşılıqlı fəaliyyətinin gələcəkdə genişləndirilməsinə hazır olduğunu bildiriblər.

Dəyirmi masa çərçivəsində, dahi qazax şairi Abay Kunanbayevin adının və irsinin təşviqində böyük töhfələr verən şəxslərə Qazaxıstanın Mədəniyyət naziri adından təşəkkür məktubları verilib və təqdimetmə olub.

Mükafatlara Bakı Dövlət Universitetin (BDU) yanında Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri Fatimə Dursunova, BDU Türkşünaslıq kafedrasının müdiri Ramiz Əsgərov, M.Kaşqari adına beynəlxalq fondunun sədri, yazıçı Elxan Zal Qaraxanlı, jurnalist-publisist Aidə Eyvazova, yazıçı-nasir Nəriman Əbdülrəhmanlı, Pedaqoji Universitetinin ədəbiyyat kafedrasının professoru Elman Quliyev və yazıçı-şair İbrahim İlyaslı layiq görülüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir