Modern.az

YAP-dan Hüseynbala Mirələmov AÇIQLAMASI

YAP-dan Hüseynbala Mirələmov AÇIQLAMASI

Aktual

22 Aprel 2021, 10:08

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:

 

"Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.

 

Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır."

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir