Modern.az

YAP bu gün MSK-ya namizədlərini müəyyənləşdirəcək

YAP bu gün MSK-ya namizədlərini müəyyənləşdirəcək

Aktual

23 Aprel 2021, 11:00

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçiriləcək.

İdarə Heyətindən Modern.az-a verilən məlumata görə, iclasda partiyanın Mərkəzi Seçki Komissiyasına üzvlük üçün namizədləri seçiləcək.

Bununla yanaşı, iclasda sabiq deputat, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılması da gözlənilir.

Xatırladaq ki, iclas saat 3-də başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı