Modern.az

YAP MSK üzvlüyünə namizədlərini təsdiqlədi - SİYAHI

YAP MSK üzvlüyünə namizədlərini təsdiqlədi - SİYAHI

Aktual

23 Aprel 2021, 15:17

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Milli Məclisdə deputatları çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

 

Namizədlər aşağıdakı şəxslərdir:

 

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Surəddin Hümmətov - ehtiyat üzv

 

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

 

Məsələ gələn həftə - aprelin 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir