Modern.az

Hüseynbala Mirələmov YAP-dan ÇIXARILDI

Hüseynbala Mirələmov YAP-dan ÇIXARILDI

23 Aprel 2021, 15:59

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında Hüseynbala Mirələmovla bağlı qərar verilib.

 

Modern.az xəbər verir ki, iclasda YAP Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun vəzifəsindən azad edilməsi qərara alınıb.

 

Bununla bərabər H. Mirələmov partiyanın Veteranlar Şurasının üzvlüyündən də xaric edilib.

 

İdarə Heyətinin qərarı bununla da yekunlaşmayıb. H.Mirələmov partiya üzvlüyündən dəxaric edilib.

 

Xatırladaq ki, sabiq deputat xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən video ilə gündəmə gəlmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir