Modern.az

Prezident xanım səfiri geri çağırdı - SƏRƏNCAM

Prezident xanım səfiri geri çağırdı - SƏRƏNCAM

Ölkə

24 Aprel 2021, 11:38

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri X. M. İbrahimovanın vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, Sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi