Modern.az

Paşinyan Putinə zəng etdi - Qarabağdan DANIŞDILAR

Paşinyan Putinə zəng etdi - Qarabağdan DANIŞDILAR

24 Aprel 2021, 14:35

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etdilər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, danışıqlar zamanı “Rusiya sülhməramlılarının səyləri sayəsində bölgədəki vəziyyətin sabit və sakit qaldığı” razılıqla ifadə edilib.

 

Enerji sektoru da daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

 

Nikol Paşinyan iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri ilə əlaqədar olaraq Ermənistandakı daxili siyasi vəziyyətin vacibliyi barədə məlumat verib.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir