Modern.az

Dünya Ahıska Türkləri Birliyindən Türk Mediası Platformasına dəstək

Dünya Ahıska Türkləri Birliyindən Türk Mediası Platformasına dəstək

Aktual

24 Aprel 2021, 17:21
Dünya Ahıska Türkləri Birliyinin prezidenti, qazaxıstanlı iş adamı “Kassanov İnvestment Group”un rəhbəri Ziyatdin Kassanov Azərbaycanda səfərdədir.
 
Səfər çərçivəsində Z.Kassanov Milli Məclisdə, Diaspor Komitəsində , Türkiyə Səfirliyində görüşlər keçirib. Azərbaycan xalqını Zəfər münasibətilə təbrik edib.
 
Qeyd edək ki, Z.Kassanov 44 günlük savaş dövründə də Azərbaycana səfər edib, döyüşən hərbçilərimizə, şəhid, qazi ailələrinə maddi, mənəvi dəstəyini həyata keçirib. İndiki səfərində də, Azərbaycanın müxtəlif bölgələrində şəhid və qazi ailələrinə dəstəklərini davam etdir.  
 
“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal bu gün Ziyatdin Kassanovla görüşüb.
 
Görüşdə Türk dövlət və toplumları arasında hazırkı inteqrasiya prosesi, bu propsesdə medianın missiyası, Ahıska Türklərinin Ana vətənə – Gürcüstanın Ahıska bölgəsinə qayıdışındakı problemlər, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində quruculuq işləri haqda söhbət açılıb.
 
A.Camal 2012-ci ildən fəaliyyətə başlamış Beynəlxalq Türk Mediası Platformasının fəaliyyətini yeni çağrışlara uyğun şəkildə qurulması ilə bağlı Z.Kassanova məlumat verib. Birlik prezidenti müasir dövrdə medianın ən güclü silah olduğunu xatırladaraq Beynəlxalq Türk Mediası Platformasına ugurlar arzu edib. Təsisçisi olduğu – 20 ildir fəaliyyət göstərən “Ahıska” qəzetinin və  5 ildir nəşr olunan “Türk Birliyi” dərgilərinin bu Platformada yaxından iştirak edəcəyini bildirib.  
 
Z.Kassanov həmçinin, MediaTürk TV-yə müsahibə verib. Müsahibə “Türküstan gündəmi” proqramında yayınlanacaq.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?