Modern.az

Azərbaycan Kommunist Partiyasından ETİRAZ: Arayik Arutyunyanın \"qurumu\" dağıdılmalıdır!

Azərbaycan Kommunist Partiyasından ETİRAZ: Arayik Arutyunyanın \

24 Aprel 2021, 17:35

Azərbaycan Kommunist Partiyası etiraz bəyanatı yayıb. 

Modern.az-ın məlumatına görə, Hacı Hacıyevin sədri olduğu partiyanın Mərkəzi İcraiyyə Komitəsi  Rəyasət heyətinin iclasında qəbul edilmiş  bəyanatda deyilir:

 

"22 aprel 2021-ci il tarixdə "aysor.am" saytının yaydığı məlumata görə, Araik Arutyunyan Moskva şəhərinə getmişdir.
Bu səfər beynəlxalq imperializmin nökəri, Ermənistanın siyasi millətçi-burjua rəhbərlərinin oyuncağı, Erməni-Azərbaycan münasibətlərinin kəskinləşdirilməsi faktlarının müəllifləri və təşkilatçıları olan A. Aqanbekyan, Z. Balayan və başqalarından növbəti "təlimat" almaq xarakterlidir.
Ölkəmiz münaqişənin həllı yollarının tapılmasında hər zaman maraqlı olub, çünki münaqişədən əziyyət çəkən tərəf olmuşuq. Bu gün xalqımız artıq çəkdiyimizin hesabını tələb etmək iqtidarındadır və bunu edir.
Tarixi qələbəmizlə bitən müharibədən keçən 5 ay ərzində Azərbaycan dövləti göstərdi ki, ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu
tərəfindən törədilmiş vəhşiliklər heç zaman unudulmayacaq.
Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və Azərbaycan çoxmillətli olkədir.
Arayik Arutyunyanın Azərbaycanın ərazisindən, yaşadığı ölkənin qanunlarına zidd hərəkəti
qanunsuzluqdur və 8 noyabr kapitulyasiya haqqında üçtərəfli müqavilənin pozulmasıdır.
Onun bu çür özbaşınalığına göz yuman sülhməramlı qüvvələrin etinasızlığı yolverilməzdir.
Sülhməramlıların statusu ilə fəaliyyətləri üst- üstə düşmür, sabitliyi təmin etməyi bacarmırlar. Qarabağ ərazisində sülhməramlılar erməni özbaşınallığına göz yumurlar.
Sülhməramlılar Qarabağ ərazisində Azərbaycan qanunlarına riayət edilməsinə cavabdeh olmalıdırlar. Arayik Arutyunyanın ölkə ərazisini özbaşına tərk etməsinə, müxtəlif quldur birləşmələrinin təxribatçı hərəkətlərinə göz yuman sülhməramlılar Qarabağ ərazisinə silah idxalına da nəzarət etmirlər.
Azərbaycan KP MİK Rəyasət Heyəti bildirir ki, şər əməllərin və bütün qanunsuzluğun əsas
daşıyıcısı "qondarma qurumun" rəhbəri Arayik Arutyunyandır və həmin qurum tezliklə dağıdılmalıdır!”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?