Modern.az

Kəmaləddin Heydərov sükutu pozdu - “Həbs edilən baş həkim TƏBİB-lə işləyib”

Kəmaləddin Heydərov sükutu pozdu - “Həbs edilən baş həkim TƏBİB-lə işləyib”

Ölkə

24 Aprel 2021, 18:25

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, unikal.org-a açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:

 

“O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”. 

 

Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: “Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?