Modern.az

Unikal avtomobillər Bakıda - FOTOLAR

Unikal avtomobillər Bakıda - FOTOLAR

17 Sentyabr 2012, 19:07

Bu gün Bakıda fəaliyyətinə start verən “Maserati” avtomobil salonu eksklüziv olaraq brendin iki modelini mediaya təqdim edib. Eleqant və lüks görünüşə sahib 140 min dollarlıq “GranTurismo Sport” və Maserati ənənələrinin digər məşhur brend -Fendi Moda Evi ilə işbirliyinin məhsulu olan 160 min dollar qiymətə malik “GranCabrio Fendi” haqqında mediaya ətraflı məlumat verilib. “GranCabrio Fendi”nin dizaynı şəxsən Fendi Moda Evinin rəhbəri xanım Silviya Venturini Fendi tərəfindən işlənib hazırlanıb. İki brendi özündə əks etdirən, cəmi 50 ədəd istehsal olunan “GranCabrio Fendi” MDB və Şərqi Avropada yeganə olaraq Azərbaycanda satılacaq.

Modern.az təqdimatdan fotoları təqdim edir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir