Modern.az

\"Bu ifadənin ciddi siyasi nəticələri olacaq\"- Ramin Məmmədov

\

25 Aprel 2021, 11:30

”ABŞ prezidentinin soyqırımı ifadəsini işlətməsi heç bir tarixi fakta və dəlilə əsalanmır. Bu bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə siyasi təzyiq cəhdidir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. Onun fikrincə, bu cür addımlar Türkiyə kimi böyük tarixə malik bir ölkəni öz yolundan döndərə bilməz.

 

Ramin Məmmədov bildirib ki, "erməni soyqırımı" oyunu uzun illərdir ki, ABŞ siyasi elitasının əlində Türkiyəyə təzyiq vasitəsinə çevrilib. Artıq rəsmi Vaşinqton bu vasitədən istifadə etdi:

 

"Baydenin bu ifadəni işləməsinin hansısa hüquqi nəticələr doğurması mümkün görünmür. Lakin şübhəsiz ki, ciddi siyasi nəticələri olacaq. Bu nəticələrdən biri isə ABŞ-ın çox güclü və etibarlı tərəfdaşlarından birini itirməsi ola bilər. Türkiyə regionda sülhün və sabitliyin təmin olunmasında son dərəcə əhəmiyyətli rol oynayan vacib dövlətdir. Görünür ABŞ siyasi elitasında bu reallığı düzgün qiymətləndirə bilməyən dairələr var”.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı