Modern.az

Şirvanda evini tərk edən virus xəstəsi saxlanıldı

Şirvanda evini tərk edən virus xəstəsi saxlanıldı

25 Aprel 2021, 12:19

Şirvanda evini tərk edən COVİD-19 virusuna yoluxan şəxs saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, Şirvan sakini 1984-cü il təvəllüdlü Abdullayev Amid Rəhman oğlu yaşadığı Energetik küçəsi 9 mənzil 18 mənzili tərk etdiyindən polis tərəfindən saxlanılıb.

 

Xüsusi mühafizə  geyimində olan polis əməkdaşları təcili yardım vasitəsi ilə onu yaşadığı mənzilə qaytarıblar. Polis əməkdaşları tərəfindən həmin şəxslə profilaktik söhbətlər aparılıb, ona izah edilib ki, bu hərəkətləri ilə o, digər sağlam şəxsləri yoluxdurmaqla virusun yayılmasına risklər yaradır.

 

Faktla bağlı polis şöbəsində tədqiqat başlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir