Modern.az

Zərdüşt Əlizadə: \"Türkiyə Amerikanın sözü ilə addım atan deyil\"

Zərdüşt Əlizadə: \

25 Aprel 2021, 12:43

ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələr barədə "soyqırım" ifadəsi işlədib. 

 

Modern.az-a siyasi şərhçi Zərdüşt Əlizadə Rusiyanın bundan sonrakı siyasətinin nələr ola biləcəyindən danışıb.

 

Onun sözlərinə görə, Baydenin qərarına Rusiyanın heç bir təsiri olmayıb:

 

“Sonda Ermənistan Rusiyadan ayrılacaq. Co Baydenin qərarına Rusiyanın heç bir təsiri olmayıb. Baydenin bu qərarı verməyinin səbəbi Türkiyənin Amerikaya itaət etməməyi və müstəqil siyasət yürütməyidir. Ermənistan bu məsələdə sadəcə bəhanədir, heç bir rolu yoxdur. 

 

Türkiyə Amerikanın sözü ilə addım atan deyil. Türkiyənin öz siyasəti və öz qanunları var. 

 

Qarabağ məsələsinə gəldikdə isə həlledici sülhün siyasi rəhbərliyi Azərbaycandır və Azərbaycanın ordusudur. Ermənistan öz xalqını aldadıb və soyqırım xülafatına inandırıblar. Amerikanın prezidenti gündə yüz dəfə söz deyir, onun hamısına qulaq asmaq lazım deyil. 

 

Rusiya soyqırımı uzun zaman öncə tanıyıb. Bunun Azərbaycana və ya Türkiyəyə heç bir təsiri olmayacaq”.

 

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı