Modern.az

Deputat: \"Bu, ABŞ üçün böyük bir itkidir\"

Deputat: \

25 Aprel 2021, 12:51

“Türkiyənin NATO-dan çıxması ilk növbədə Amerika ilə ikitərəfli münasibətlərə zərər gətirəcək”. 

 

Bu sözləri Modern.az- açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki,  bu gün Türkiyədə “İncirlik” hərbi bazasının Amerikadan  azad bölünməsi tələb olunur. Bu, ABŞ üçün böyük bir itkidir. ABŞ-ın milli təhlükəsizlik maraqlarına xələl gətirir:

 

“ABŞ tarixi saxtalaşdıran “erməni soyqırımı” ifadəsini işlətməklə müttəfiqinə qarşı yalnış addım atdı. Cənub cinahında NATO-nun ən güclü hərbi qüvvəsi Türkiyədir. Türkiyə uzun illərdir bu istiqamətdə NATO-nun təhlükəsizliyini təmin edir.  Baydenin soyqırımı ifadəsi  müttəfiqinə qarşı haqsızlıq, tarixə qarşı yalnış siyasi baxışdır və Amerikanın milli təhlükəsizlik maraqlarına zərbədir. 

 

Soyqırımı ifadəsinin işlədilməsi ikitərəfli münasibətlərə xələl gətirən böyük  səhvdir”. 

 

Mehri Qurban 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu