Modern.az

Məşhur Məmmədov: "Bütün İslam dünyası bundan nəticə çıxarmalıdır"

Məşhur Məmmədov:

Aktual

25 Aprel 2021, 13:09
 "Bu qanunun qəbul edilməsi dünyada Türkiyənin rolunun azaldılmasına hesablanmış Amerika və Avropa dövlətlərinin istək və arzusudur. Təkcə bu Ermənistanı müdafiə etmək yox, həm də Türkiyənin güclənən hərbi və iqtisadi gücünün qarşısını almaq üçün atılıb".
 
 
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məşhur Məmmədov ABŞ Prezidenti Cozef Baydenin Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlətməsinə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, bu ikili siyasətin əyani sübutudur:
 
 
"Türkiyə hər zaman bütün dünyaya bəyan edib ki, əgər bu hadisə olubsa, bütün arxivləri açaq. Heç nəyə baxmadan belə bir qərarın verilməsi özlərinin hakimiyyətinin qorunması, seçicilərinə verdikləri sözü tutmaqdan başqa bir şey deyil. Amma Türkiyə güclü dövlətdir və hər zaman Azərbaycanın yanındadır. Hər bir Azərbaycan vətəndaşı türk əsgəridir. Bugünkü atılan addımlar Qafqazda sülhün və əmin-amanlığın yaranmasınin qarşısıni almağa hesablanıb. 44 günlük muharibədə Türkiyənin Azərbaycanı dəstəkləməsi, mənəvi yanında olması bir çoxlarının xoşuna gəlmirdi. Hesab edirəm ki, Türkiyəyə qarşı atılan addımlar həm də Azərbaycana qarşı atılıb.
 
 
Bu gün Türkiyənin dünyada haqqın ədalətin yanında olması, Çinlə apardığı mehriban dostluq münasibətləri, Rusiya ilə münasibətlərin yaxşılaşması, iqtisadi mühitdə yaranan yaxınlığın qarşısını almaqdır. Bu qanun Türkiyənin dünyada artan iqtisadi gücünün qarşısını almaqdan ötrüdür. Bundan isə ən çox itirən Amerika olacaq. Türkiyə daha da güclənəcək. Hesab edirəm ki, bütün İslam dünyası bundan nəticə çıxarmalıdır. Əgər xristian birliyi və həmrəyliyidirsə, o zaman islam dövlətləri iqtisadi, hərbi siyasi cəhətdən birləşib öz sözlərini deməlidirlər. Bütün İslam dünyası ayıq olmalıdır".
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi