Modern.az

Azərbaycan-Türkiyə dostluğunun ifadəsi

Azərbaycan-Türkiyə dostluğunun ifadəsi

25 Aprel 2021, 14:40

“ABŞ prezidenti Jo Baydenin heç bir gerçək tarixə və hüquqa söykənmədən 1915-ci il olaylarını erməni soyqırımı adlandırması qəbuledilməzdir. Saxta bir tarixə bu cür yanaşmanın heç cür hüquqi nəticələri ola bilməz və olmayacaqdır”.


Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O qeyd edib ki, J. Bayden tərəfindən 1915-ci il olaylarını “erməni soyqırımı” adlandırılması qərəzlidir və acizliyin, ABŞ-ın dövlət siyasətinin müstəqil deyil, erməni lobbisinin təsiri altında olmasının sübutudur:


“Saxta erməni soyqırımı da, demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi ABŞ və digər ermənipərəst ölkələrin başqa ölkələr üçün təzyiq aləti olduğunu sübut etdi. Prezidentimiz, cənab İlham Əliyevin Baydenin bu yanaşmasını tarixi səhv adlandırması bəzi ölkələrin riyakar yanaşmasına münasibət olmaqla bərabər, həm də Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının ifadəsidir. Türkiyə rəsmilərinin, prezident Rəcəb Tayyib Ərdoğanın dəfələrlə dünyaya, hətta Ermənistana müraciət edərək, Osmanlı arxivinin açılması və ortaq tarix komissiyası yaradılması təklifini irəli sürməsinə baxmayaraq, heç bir ölkədən cavab olmayıb.

 

29 il bundan öncə baş vermiş və ABŞ-ın da bəzi ştatlarının soyqırım kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta olaylara münasibətin bildirilməsi tibb dilində retroqrad amneziya adlanır. Heç bir qüvvə Azərbaycan-Türkiyə dostuluğunu və qardaşlığını poza bilməz. Bu birliyin gücü keçən il 44 günlük Vətən Müharibəsində qazandığımız zəfərlə dünyaya nümayiş olundu. Biz birlikdə güclüyük. Biz bizə yetərik.


ABŞ və saxta soyqırımı tanıyan digər ölkələr isə öz tarixlərinə yaxşı- yaxşı baxsalar çox yaxşı olar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!