Modern.az

Türkiyə ard-arda iki dəfə silkələndi

Türkiyə ard-arda iki dəfə silkələndi

Aktual

25 Aprel 2021, 16:49

Türkiyənin Bitlis əyalətində 3,9 maqnitudalı zəlzələ olub.

 

Bu barədə Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir.

 

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 12:20-də (Bakı vaxtı ilə sat 13:20-də-red.) qeydə alınıb. Yeraltı təkanların episentri Hizan rayonu ərazisində, ocağı isə 18,79 kilometr dərinlikdə yerləşib.

 

Elə həmin ərazidə yerli vaxtla saat 12:39-da (13:39-da) daha bir zəlzələ olub. Yeraltı təkanların maqnitudası 4,1 təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə