Modern.az

Bayden-Putin görüşü iyunda keçirilə bilər

Bayden-Putin görüşü iyunda keçirilə bilər

Aktual

25 Aprel 2021, 16:59

“ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında görüş iyunda keçirilə bilər”.

 

Modern.az bildirir ki, bu barədə Kreml rəhbərinin köməkçisi Yuri Uşakov "Rossiya 1" telekanalına müsahibəsində məlumat verib.

 

O bildirib ki, danışıqlara hazırlıq hələ başlamasa da, rəsmi Vaşinqtondan görüşün baş tuta biləcəyi barədə müsbət cavab alınıb. Y.Uşakovun sözlərinə görə, təklifə yaxın vaxtlarda baxılacaq.

 

Y.Uşakov deyib ki, ABŞ tərəfi liderlərin görüşünü yaxın həftələrdə keçirməyi təklif edib: “Təkliflə bağlı qərar qəbul edilərkən, bir sıra faktorlar nəzərə alınacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə