Modern.az

"Mançester Siti" İngiltərə Kubokunun qalibi oldu

Aktual

25 Aprel 2021, 22:11

İngiltərə Liqa Kubokunun finalında "Tottenhem" "Mançester Siti"yə 1:0 hesabı ilə məğlub olub.

 

Modern.az xəbər verir ki, qarşılaşma Londondakı "Uembli" stadionunda 7 773 tamaşaçının iştirakı ilə baş tutub.

 

Qolu 82-ci dəqiqədə Emerik Laporte vurub.

 

Bununla “Mançester Siti” ardıcıl 4-cü, ümumilikdə isə 8-ci dəfə Liqa Kubokunu muzeyinə aparıb. “Tottenhem” isə 9-cu dəfə çıxış etdiyi final görüşündə 5-ci yenilgisini alıb.

 

Qeyd edək ki, Çempionlar Liqasında yoluna davam edən “Mançester Siti” Premyer Liqada da çempionluğa çox yaxındır.

 

 

"Mançester Siti" 28 apreldə Çempionlar Liqasının ilk yarım-final görüşündə Fransa "PSJ"si ilə oynayacaq, "Tottenhem" isə mayın 2-də İngiltərə çempionatının 34-cü turunda "Şeffild Yunayted"lə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə