Modern.az

Anna Başta Azərbaycana 20-ci olimpiya lisenziyasını qazandırdı

Anna Başta Azərbaycana 20-ci olimpiya lisenziyasını qazandırdı

25 Aprel 2021, 23:57

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarına 20-ci lisenziyasını qılıncoynadan Anna Başta qazanıb.

 

Modern.az xəbər verir ki, idmançı İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin həlledici final görüşündə alman sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlib.

 

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda keçiriləcək.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə