Modern.az

“Fənərbaxça”dan çətin qələbə

“Fənərbaxça”dan çətin qələbə

Aktual

26 Aprel 2021, 00:39

Aprelin 25-də futbol üzrə Türkiyə çempionatının XXXVII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbaxça” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

 

Modern.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları 3:2 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin qollarını Enner Valensiya və Atilla Szalay vurub. "Kasımpaşa"nın heyətində isə Haris Hayradinoviç və Florent Hadergjonaj fərqlənib.

 

Günün digər qarşılaşmasında "Yeni Malatyaspor" öz meydanında "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" səfərdə "Qaziantep"i 3:2 hesabı ilə üstələyib. "Başakşəhər" - "Alanyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

 

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 75 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 72 xal toplayan “Fənərbaxça”, üçüncü pillədə isə 69 xala malik “Qalatasaray" qərarlaşıb.

 

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə