İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Atletik Bilbao" - "Atletiko Madrid" qarşılaşması baş turub.
Modern.az xəbər verir ki, matç ev sahibinin qələbəsi ilə başa çatıb - 2:1.
Oyunda qolları "Bilbao"nun heyətində Aleks Berenguer və İnigo Martinez vurub. "Atletiko"nun yeganə qolunu isə Stefan Savic qapıdan keçirib.
Bu qələbədən sonra "Bilbao" xallarını 41-ə çatdıraraq turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. "Atletiko" isə 73 xalla ilk pillənin sahibidir.
Qeyd edək ki, "Atletiko"nun yaxın izləyicisi olan "Real Madrid" və "Barselona" hərəyə 71 xalla ikinci-üçüncü pilləni bölüşürlər.
T.İSMAYIL