Modern.az

Mehdi Hüseynin “Nizami” pyesi: “Nizami, doğrudan da, böyük şairdir”

Mehdi Hüseynin “Nizami” pyesi: “Nizami, doğrudan da, böyük şairdir”

Mədəni̇yyət

26 Aprel 2021, 09:22

Afaq kədərlidir. O, qardaşı memar Əbdəkin yaşayıb yaşamadığını bilmir. Fikirləşir ki, əgər o, sağ olsaydı, onu çoxdan axtarıb tapardı. O, Nizaminin qardaşına deyir ki, xəzərlər onu əsir alandan sonra həmdəmi göz yaşları olubdur. Bir yandan da qardaşı Əbdəkin intizarı onu taqətdən salıbdır. Qivami Afaqa təskinlik verir, bu dərd təkcə onun deyil, bütün el-obanın dərdi olduğunu bildirir. Bir vaxt onun özünün də kədərli olduğunu, ancaq bu kədərdən onu qardaşı Nizaminin xilas etdiyini söyləyir. Qivami deyir ki, Nizaminin üzü həmişə gülür, o, ölməz dastanlar yaradır. Nizami böyük məhəbbət macərasından bəhs edən “Xosrov və Şirin” dastanını yazır. Bu zaman Afaq Qivamiyə deyir: “Nizaminin gözlərindən oxunan məhəbbəti bütün insanlar arasında bölüşdürsələr də, hamıya pay düşər. Nizami, doğrudan da, böyük şairdir”. Afaqın “Nizami, doğrudan da, böyük şairdir” deməsi təsadüfi deyildir:


  1. a) Nizami saraylara getmədi. O, əslşairdir. Əsl şair üçün “ağac kölgəsi min qızıl saraydan qiymətlidir”. Nizami ən pis həyatı yaxşı ölümdən yüksək tutur;

  2. b) Nizaminin böyüklüyü onun qəlbində olan sevgidir. Dünyaya, insanlara, el-obaya, Afaqa olan sevgi. Ona görə də Nizami deyir: “Dünyanın nəhəng şairləri Homer, Firdovsi sevərək, duyaraq yaratmışlar, Afaq. Mən də bu yolla gedirəm. Sevgidən məhrum olan insanın yüz canı da olsa, yenə ölübdür!”

  3. c) Nizami insanın kədərinə qalib gəlmək missiyasını yerinə yetirir. Onun şeir sarayında ümidsizliyə yer yoxdur. Sevgi ilə yanaşı, inam onun ilham mənbəyidir. Ona görə də Afaq Nizamiyə deyir: “Sən yer üzündə insanların kədərini azaltmaq üçün yaranmısan. Bütün gülüstanlar axırda xəzana dönsə də, sənin yaratdığın gülüstan həmişə gülzar olacaqdır” ;


ç) İnsanların taleyindən məlumatlı olan Nizami, doğrudan da, böyük şairdir. Biganə deyil, laqeyd deyil, şeir və söz cəngavəridir. Nizami Afaqın qardaşını Bərdədə şəhərin ən yaxı saraylarını yaradan memar kimi tanıyır. Ona dəyər və qiymət verir. Çünki o böyük şairdir. Kimə nə üçün qiymət verdiyini yaxşı bilir. Onun böyüklüyü dost qazanmağa imkan yaradır, inamlı və etibarlı tərəf müqabilinə çevirir. Bu mənada Nizami Afaqa deyir: “Sonra Şirvan hökmdarı onu (yəni Afaqın qardaşı Əbdəki-B.X.) edam etdirmək istərkən, o, dar ağacından qaçıb bizə pənah gətiridi. “Mehriban dostum, bəlkə görüşmədik” dedi. Sonra “əsir düşmüş bacımı düşmənlərdən xilas  etməyincə, rahat olmaram. Mən onu arayıb tapacağam!” – deyə vidalaşıb getdi. Bu hadisə çoxdan olmuşdur. O gündən bəri mən Əbdəkdən xəbərsizəm”. Bununla belə, Nizami böyük şairdir. O, problemlərin, qayğıların, çoxlu sayda narahatlıqların içərisində “Xosrov və Şirin” dastanından ayrılmır, onun yeni-yeni səhifələrini yazır. 



Buludxan Xəlilov,

filologiya elmləri doktoru, professor

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir