Modern.az

SOCAR 120 milyon dollara üç tanker aldı

SOCAR 120 milyon dollara üç tanker aldı

Aktual

26 Aprel 2021, 09:11

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xam neft daşınması üçün Yunanıstanın "Kyklades Maritime Corporation" şirkətindən 120 milyon dollar dəyərində "Aframax" tipli üç tanker satın alıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Dedveyti 115 min ton olan gəmilər SOCAR-a 2021-ci ilin üçüncü rübündə təhvil veriləcək və İkinci Qarabağ müharibəsində həlak olmuş komandirlərin adını daşıyacaq.

 

Qeyd edək ki, hər biri 40 milyon dollar dəyərində olan "Nissos Schinoussa", "Nissos Therassia" və "Nissos Heraclea" tankerləri 2015-ci ildə Cənubi Koreyada istehsal olunub.

 

Tankerlərin uzunluğu 252 metr, eni 45 metr təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə