Modern.az

Baydenin bəyanatı region iqtisadiyyatına da təsir edir - Deputat

Baydenin bəyanatı region iqtisadiyyatına da təsir edir - Deputat

Aktual

26 Aprel 2021, 10:51

“Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə də təsirsiz ötüşməyib. Lirə həftəyə enişlə başlayıb”.


Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, hələlik azalmalar ciddi deyil:

“Ötən həftəni dollara nisbətən 8.33 məzənnəsi ilə başa vuran Türkiyə pulu bu həftəyə 8.44 tarazlığı ilə başlayıb. Lirə sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib.

Göründüyü kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür. Amma təbii ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan sayılmır”,

 

Deputatın sözlərinə görə, ABŞ qlobal iqtisadi güc statusunu qoruyub saxlayır:

 

“Amma Türkiyə ilə 26.8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır. 14.2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görsənməsə də belə, biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə