Modern.az

Sabirabadda gənc qadının ölümü intihardı?

Sabirabadda gənc qadının ölümü intihardı?

Hadisə

26 Aprel 2021, 11:18

Aprelin 24-də Sabirabad rayonun Cavad kənd sakini 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.

Modern.az xəbər verir ki, yaxınları bunun intihar olduğuna inanmır. Bu səbəbdəndir ki, gənc xanımın həyat yoldaşına Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanıb və ölkədən giriş-çıxışına stop qoyulub. Araşdırma gedir. Mərhumun telefonu ailədən alınıb, prokurorluğa verilib.


Ailəni tanıyanların sosial şəbəkədə yazıdıqlarına görə, Səmayə Zeynalova ailəli olduğu dövrdə valideyinlərinə həyat yoldaşı, qayınatası və qayınanasının ona mənəvi və psixoloji işgəncə verdiklərindən və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edir, boşanmaq istəyirmiş. Qızın atası boşanmaya razılıq verib, amma anası qəti etiraz edib.
“Getmisən, dolan, otur, boşanma”, - deyib.

Yeri gəlmişkən, Səmayənin anası ilə həyat yoldaşının anasının əmiqızı olduqları bildirilir.

Gənc qadının ölümü ilə bağlı daha bir təsirli məlumata görə, körpəsi anası öləndən yatmayıb. Onu anasının geyimini yanına qoyaraq, yatırda biliblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır