Modern.az

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilat Dağlıq Qarabağda nümayəndəlik açır

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilat Dağlıq Qarabağda nümayəndəlik açır

Təhsil

18 Sentyabr 2012, 11:08

Xankəndində AEGEE-nin yerli Əlaqə Qrupunun rəsmi təqdimat mərasimi keçirilib

Avropanın ən böyük tələbə assosiayasiyası olan Avropa Tələbələr Forumu (Association des Etats Generaux des Etudiants de l'Europe- AEEGEE) Azərbyacanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin bu nüfuzlu quruma üzvlük məsələsini həll etmək üçün danışıqlara başlayıb. Modern.az bildirir ki, bununla əlaqədar sentyabrın 15-də AEGEE-nin Xankəndi Əlaqə Qrupunun rəsmi təqdimat mərasimi keçirilib.

Əlaqə Qrupunun statusu üzvlük məsələsi prosesinin birinci mərhələsi hesab edilir. Yaxın zamanlarda  bu struktur AEGEE-nin daimi üzvü olmağı planlaşdırır. Tədbirdə iştirak edən AEGEE-İrəvan rəsmi qrupunun sədri Tiqran Qriqoryan və idarə heyətinin üzvü Aleksandr Badalov bu layihənin baş tutmasında vasitəçilik ediblər. Təşkilata üzvlük qondarma “Dağlıq Qarabağ Respublikası”nın tələbələrinə Avropanın yay məktəblərində iştiraka imkan verir.  

AEGEE  Avropada ən böyük tələbə assosiasiyasıdır: təşkilat Avropanın 43 ölkəsinin 240 şəhərindən olan 15.000-dək müxtəlif mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. 

Assosiyasiya 1985-ci ildə yaradılıb. Qurum Avropanın birləşdiriməsi, vahid kommunikasiya və və akademik məkanın inteqrasiyası  uğrunda çıxış edir. Təşkilat 2003-cü ildən Qafqazda işləməyə başlayıb. 2004-cü ildə bir neçə Avropa inteqrasiyası ideyalı azərbaycanlı tələbə yerli antennanın açılması təşəbbüsü ilə çıxış edib və artıq həmin ildə Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçiriblər. Fəaliyyətinin 6 ili ərzində AEGEE- Bakı təşkilatı Azərbaycan gənclərinin Avropaya inteqrasiyası üçün bir çox gənclər mübadiləsi proqramı həyata keçirib. AEGEE-Bakının prezidenti Elmar Quliyevdir.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı