Modern.az

Qazaxıstanda yerli “QazVac” peyvəndinin tətbiqi başlandı

Qazaxıstanda yerli “QazVac” peyvəndinin tətbiqi başlandı

Aktual

26 Aprel 2021, 11:48

Qazaxıstanda koronavirusa qarşı istehsal olunan yerli “QazVac” vaksini bu gündən etibarən qazax xalqına tətbiq olunacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan ilin sonuna qədər 6 milyon insanı peyvənd etməyi hədəfləyib.  Ölkənin Səhiyyə Nazirliyi Çindən 3 milyon doza “Sinovac”, əlavə 4 milyon doza “Sputnik-V” və 1 milyon doza “Sputnik Light” vaksini almağı planlaşdırır. Bu günə kimi  Qazaxıstanda 823 min 498 nəfər vaksinin ilk dozasını vurdurub.Qeyd edək ki, Qazaxıstanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 min 894 nəfərdir. Hazırda ölkənin 10 bölgəsi “qırmızı zona”ya daxil edilib.

Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə