Modern.az

Əhəd Abıyev sabiq icra başçısının oğlunu İŞDƏN ÇIXARDI

Əhəd Abıyev sabiq icra başçısının oğlunu İŞDƏN ÇIXARDI

Aktual

26 Aprel 2021, 11:54

Daşkəsən rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb

 

İcra hakimiyyətindən Modern.az-a bildirilib ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin müvafiq əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin baş məsləhətçisi işləmiş 2-ci dərəcə dövlət qulluqçusu, Vətən müharibəsi iştirakçısı, Həsənov Fəxri Akif oğlu RİHBA-da yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Ə.Abıyevin digər əmri ilə  Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şıxəliyev Elmar Vaqif oğlu “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu”nun 33-cü maddəsinin 1.5 və 1.6 bəndlərinə uyğun dövlət qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilib.

 

Qeyd edək ki, E.Şıxəliyev 1993-1995-ci illərdə Sabirabad RİH-nin başçısı işləmiş Vaqif Şıxəliyevin oğludur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə