Modern.az

MSK: “Prezident seçkiləri ilə bağlı layihələrdə tamamlama işləri aparılır”

MSK: “Prezident seçkiləri ilə bağlı layihələrdə tamamlama işləri aparılır”

18 Sentyabr 2012, 11:11

  “Gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı hər hansı plan, layihə təsdiqlənməyib”. Bu sözləri Modern.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O qeyd edib ki, hazırda bununla bağlı hazırlanan layihələr üzərində iş gedir.

“Layihələr tamamlanandan sonra iclas keçiriləcək və orada media nümayəndələrinə ətraflı məlumat veriləcək. Hələ ki iş gedir”.  

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir.  

Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir