Modern.az

I sinfə qəbul üzrə 25 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb

I sinfə qəbul üzrə 25 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb

Aktual

26 Aprel 2021, 14:44

“Bu il paytaxtda I sinfə qəbul üzrə 25 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Bununla da,  hər rayonda 2 və ya 3 Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək”.

Modern.az xəbər verir ki, bununla bağlı I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev danışıb.

O qeyd edib ki, Qeydiyyat Mərkəzinə gələ bilməyən valideynlər müraciətlərini 4 “Whatsapp” nömrəsi ilə nazirliyə ünvanlaya bilərlər.

Nazirliyin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov isə valideynlərin diqqətinə çatdırıb ki, birinci sinfə qəbulla bağlı keçiriləcək müsahibələr onlayn olacaq:

“Bu həm də təhsil işçilərinin sağlamlığının keşiyində qalmaq üçün edilir.

Həmçinin, qeyd etməliyik ki, məktəbə qəbulla bağlı olan bütün prosedurların tam elektron qaydada olması üçün iş görülür. Hesab edirəm ki, növbəti tədris ili üçün bunu etmək mümkün olacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə