Modern.az

Elçin Behbudov: “Ramil Usubov mənə deyir ki...”

Elçin Behbudov: “Ramil Usubov mənə deyir ki...”

Qarabağ

18 Sentyabr 2012, 11:59

Hüquq müdafiəçisi Müdafiə Nazirliyinin hərbi hissəsində monitorinq aparıb

Son bir ayda İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinə işgəncə, qeyri-insani rəftarla bağlı 100-dən artıq müraciət olunub. Bu şikayətlər arasında polis orqanlarından, hərbi hissədən, nəqliyyat departamentindən də müraciətlər var. Bunu Modern.az-a açıqlama verən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri  Elçin Behbudov deyib.

“Bu günə kimi Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında, Daxili İşlər Nazirliyinin Azərbaycan üzrə müvəqqəti saxlanma təcridxanasında, Müdafiə Nazirliyinin Salyanın Xıdırlı qəsəbəsində intizam xarakterli “N” saylı hərbi hissəsində, Səhiyyə Nazirliyinin narkoloji dispanserində, Təhsil Nazirliyinin internatlarında monitorinqlər aparılıb. Bu yaxınlarda Kürdəmir, Zərdab, Ucar, Füzuli, Saatlı, Sabiradab, İmişli rayonlarının polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqlər aparılacaq, təqsirləndirilən şəxslərlə görüş keçiriləcək”.

E.Behbudov deyir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Komitənin fəaliyyətinə məhdudiyyət qoyması onların işinə çətinlik yaradır. O, BMT-nin İşgəncələrə qarşı Komitəsində Azərbaycanın hesabatının dinləniləcəyini və komitə sədri kimi Pentensiar Xidmətin məhdudiyyətini tənqid edəcəyini vurğulayıb.  

“Mütəmadi olaraq qeyri- insani rəftarla bağlı İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinə daxil olan şikayətlərə görə aidiyyatı orqanlara müraciət edirik. Xahiş edirik ki, həmin müraciətlər araşdırılsın. Komitə dövlət orqanı olmadığndan monitorinq keçirdiyimiz yerlərdə aşkar etdiyimiz nöqsanlarla bağlı onların rəhbərlərinə tövsiyyə xarakterli müraciətlər edirik ki, bu nöqsanlar aradan qaldırılsın. Amma bu müraciətlərin böyük əksəriyyətinə “fakt öz təsdiqini tapmadı” kimi cavablar verilir. Mən daxili işlər naziri ilə də mütəmadi olaraq görüşürəm. Nazir Ramil Usubov deyir ki, bu müraciətlərə “məlumat öz təsdiqini tapmadı” cavabı verilsə də, bu o demək deyil ki, onları cəzalandırmırlar”-deyə huquq müdafiəçisi vurğulayıb.

Gültəkin ƏLƏSGƏR
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?