Modern.az

Sumqayıtdakı partlayışla bağlı yeni rəsmi xəbər

Sumqayıtdakı partlayışla bağlı yeni rəsmi xəbər

18 Sentyabr 2012, 12:08

Sumqayıtda dünən baş verən yanğında ölənlərin sayı açıqlanıb.  Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə zamanı 3 nəfər dünyasını dəyişib. Bildirilib ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində ümumi sahəsi 2400 kv.m olan “Məişət Malları” ASC-nin çənlər parkının ərazisində yanacaq və xammal saxlanılan çənlər yanıb. Yanğına 3-cü təhlükəlilik dərəcəsi verildiyindən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 ədəd texnikası həmçinin, 2 ədəd yanğınsöndürən helikopter cəlb olunub. İlkin məlumata əsasən, yanğın nəticəsində 3 nəfər ölüb. Ehtimala görə, yanğın qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırma aparılır. Araşdırmaların nəticələri yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır