Modern.az

Bakıda maşın iki piyadanı vurdu

Bakıda maşın iki piyadanı vurdu

26 Aprel 2021, 23:21

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

 

Belə ki, Ramana qəsəbəsində 1996-cı il təvəllüdlü Allahverdiyev Elnur Səfər oğlu və 1980-cı il təvəllüdlü Səfərov Samir Mirzə oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

E.Allahverdiyevə baldırın əziyi, S.Səfərova isə sağ baldırın açıq sınığı diaqnozu qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə