Modern.az

"AEGEE-Bakı"dan Xankəndi ilə bağlı rəsmi açıqlama

"AEGEE-Bakı"dan Xankəndi ilə bağlı rəsmi açıqlama

Təhsil

18 Sentyabr 2012, 12:48

AEEGEE-Bakı: “Qəti şəkildə etiraz edirik, lazım gələrsə təşkilatdan da çıxarıq”

Avropa Tələbələr Forumunun (AEEGEE) Bakı bölməsi təşkilatın Azərbaycanın işğal altında olan Xankəndi şəhərinədə regional bölməsinin yaradılması ilə bağlı irəli sürülən təklifə qəti şəkildə etiraz edib.

Bu barədə Modern.az-a AEEGEE-Bakı-nın prezidenti Elmar Quliyev açıqlama verib. E.Quliyev bildirib ki, təşkilatın qəbul etdiyi konvensiyaya görə işğal altında olan bölgələrdə regional şöbə açmaq qanunla yolverilməzdir.

“Biz təşkilatın Bakı bölməsi olaraq buna qəti şəkildə etiraz edirik. Artıq bununla bağlı biz öz narahatlığımızı baş ofisə də bildirmişik. Oktyabr ayında Budapeştdə təşkilatın geniş toplantısı keçiriləcək. Biz bu məsələni həmin toplantıda qaldıraraq qəti şəkildə etirazımızı ifadə edəcəyik. Təbii ki, bu heç də xoşa gələn hal deyil. Sadəcə olaraq onu deyə bilərəm ki, qəbul etdiyimiz konversiyaya əsasən, AEEGEE-nin müharibə şəraitində olan ərazilərdə fəaliyyət göstərməsi və yerli bölmələrinin yaradılması yol verilməzdir. Hazırda biz bu istiqamətdə iş görürük. Əminəm ki, Xankəndinə belə bölmənin yaradılmasına imkan verməyəcəyik. Qeyd edim ki, bizim müraciətlərimiz əsassız qalarsa biz təşkilatdan çıxmağıda təklif edə bilərik”, - deyə E.Quliyev bəyan edib.

Qeyd edək ki, Azərbyacanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin bu nüfuzlu quruma üzvlük məsələsini həll etmək sentyabrın 15-də AEGEE-nin Xankəndi Əlaqə Qrupunun rəsmi təqdimat mərasimi keçirilib.

AEGEE  Avropada ən böyük tələbə assosiasiyasıdır: təşkilat Avropanın 43 ölkəsinin 240 şəhərindən olan 15.000-dək müxtəlif mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. 

Assosiyasiya 1985-ci ildə yaradılıb.

 

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir