Modern.az

Diasporumuz Parisdə ermənilərə qarşı əks-aksiya keçirəcək

Diasporumuz Parisdə ermənilərə qarşı əks-aksiya keçirəcək

18 Sentyabr 2012, 13:21

Prezident İlham Əliyevin Fransaya işgüzar səfərinin başlaması ilə əlaqədar ermənilər Azərbaycanın Parisdəki səfirliyi qarşısında aksiyaya keçirmək istəyirlər. Modern.az-ın əldə etdiyi məlumata görə, Fransadakı Azərbaycan diaspor nümayəndələri də buna seyrçi qalmayacaq. Belə ki, Parisdə Azərbaycan-türk diasporu tərəfindən ermənilərin səfirliyimiz önündə keçirmək istədikləri aksiyaya yaxşı səviyyədə cavab verəcək. Mindən yuxarı soydaşımızın aksiyada iştirak edəcəyi gözlənilir.

  Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm də Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan diaspor təşkilatları erməni diasporunun bu cür fəaliyyətinə laqeyd qalmayacaq. “Diaspor təşkilatları öz imkanları və potensialları çərçivəsində Azərbaycana qarşı bu təbliğat kompaniyasına lazımi cavab verəcək”.  

Aytən Əliyeva  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır