Modern.az

“Bayden bu sözü işlətməklə çox böyük səhv etdi” - Vahid Əhmədov

“Bayden bu sözü işlətməklə çox böyük səhv etdi” - Vahid Əhmədov

Aktual

27 Aprel 2021, 11:40

Milli Məclisin deputatı Vahid Əhmədov parlametin bu gün keçirilən plenar iclasında uzun fasilədən sonra çıxış edib.

 

Modern.az xəbər verir ki, deputat Türkiyəyə qarşı edilən hücumdan danışıb.

 

Xüsusilə bir çox dövlətlərin Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfəri qəbul etmək istəmədiklərini söyləyib:

 

"Fransa 44 günlük müharibə dövründəki xidmətindən bundan sonra da əl çəkən deyil. Fransa Türkiyə və Azərbaycana qarşı belə murdar əməllərini davam etdirəcək. Digər tərəfdən, 40 ildir ABŞ prezidentləri “soyqırımı” sözünü dilə gətirmirdi. Bayden seçki dövründə ermənilərə verdiyi sözü yerinə yetirmək üçün indi bu sözü işlətdi və çox böyük səhv etdi. Onsuz da Amerika-Türkiyə münasibətlərində soyuqluq var idi. Türkiyə və ABŞ prezidentləri Brüsseldə görüşəcəkdilər. Əlbəttə, Türkiyənin dünya düzənində rolunun artması bu dövlətləri qane etmir. Azərbaycan Prezidenti bu məsələyə Ərdoğanla telefon danışığında çox yaxşı qiymət verdi”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı