Modern.az

Niyə icra başçıları indiyə qədər baş verənlərdən ibrət götürmürlər?

Niyə icra başçıları indiyə qədər baş verənlərdən ibrət götürmürlər?

27 Aprel 2021, 11:46
Mili Məclisin deputatı Fazil Mustafa parlametin bu gün keçirilən iclasında icra başçıları haqqında danışıb.
 
Modern.az xəbər verir ki, deputat dünən daha bir icra başçısı və baş həkimin həbs olunduğunu xatırladıb:
  
"Maraqlıdır ki, niyə icra başçıları indiyə qədər baş verənlərdən ibrət götürmürlər?

Bu gün hansısa rayonda icra başçısına etiraz edən vəzifəli şəxs tapmaq çətindir. Ona görə də biz səlahiyyət məsələsinə bir də  baxmalıyıq. Ciddi struktur islahatlarına başlamalıyıq. Bakı böyük şəhər bələdiyyəsinin yaradılması buna nümunə olardı. Bələdiyyə seçkilərini proporsional  şəkildə keçirməyi təklif edirəm. İndiki halda cəmiyyətin həyatında siyasi partiyaların rolu azdır. Seçkilər proporsional olduğu halda bu zaman siyasi partiyaların fəaliyyəti özünü daha yaxşı göstərəcək”.
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə