Modern.az

Bakcell şəbəkəsi yeni xidmətin tətbiqinə tam hazırdır

Bakcell şəbəkəsi yeni xidmətin tətbiqinə tam hazırdır

18 Sentyabr 2012, 13:55

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell bildirir ki, şirkətin şəbəkəsi Mobil Nömrə Daşınmasının (MND) yerinə yetirilməsi üçün tam hazırdır. Xidmətin başlanğıc tarixi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) qərarından asılıdır.

Bütün hazırlıq işləri RİTN-in tövsiyələrinə uğun olaraq həyata keçirilib.

 “Biz Mobil Nömrə Daşınmasına hətta bu gün start verə bilərdik, lakin bu xidmət bütün operatorlar tərəfindən eyni vaxtda göstərilməlidir və biz də digər operatorları gözləyirik” - deyə Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib.

Bakcell, MND-nın həyata keçirilməsinə dair hazırlıq işlərinə 2012-ci ilin yanvar ayında başlayıb. İlk addım olaraq şəbəkədaxili zənglər zamanı nömrənin əvvəlində 055 prefiksinin yığılmasından ibarət olan onrəqəmli yığım qaydası tətbiq olunub.

 “Biz, MND-nin nazirliyin tələblərinə uyğun olaraq yaradılması üçün çoxlu vaxt və vəsait sərf etmişik. Bizim sistemlərimiz bütün daxili qəbul sınaqlarından keçirilib və texniki baxımdan prosesə tam hazırdır. Biz əminik ki, MND Azərbaycanın mobil rabitə bazarında rəqabətliyin artırılmasına təkan verəcək. MND-nin tez bir zamanda həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Digər bazarların təcrübəsi göstərir ki, müştərilər üçün geniş seçim imkanlarının yaradılması müsbət nəticələr verir. Zənnimizcə, korporativ və milli biznes seqmentlərində Bakcell şirkəti üçün böyük imkanlar mövcuddur. Hazırda Bakcell-in gəliri əsasən istehlak bazarından əldə olunur və biz müəyyən səbəblərdən rəqiblərimizin xidmətlərindən istifadə edən böyük beynəlxalq korporasiyalar və Azərbaycanda fəaliyyət göstərən böyük milli şirkətlərin Bakcell-in xidmətlərindən yararlanması üçün geniş imkanlar görürük.  Biz inanırıq ki istehlak bazarında qazandığımız etibar, bizim həmin seqmetlərdə daha fəal iştirakımız üçün möhkəm zəmin yaradıb” - deyə cənab Şirer əlavə edib. Mobil Nömrə Daşınması, telefon nömrəni dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanını əldə edəcəklər.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?