Modern.az

Bahar Muradova Jirinovski barədə danışdı: “Liberallıq heç də simasızlıq demək deyil"

Bahar Muradova Jirinovski barədə danışdı: “Liberallıq heç də simasızlıq demək deyil"

18 Sentyabr 2012, 14:21

«Görünən odur ki, Jirinovski erməni oliqarxlarını Ermənistan ordusunun güclənməsi üçün yardımları artırmağa çağırarkən özünü də unutmayıb».  

Modern.az
xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

B.Muradova qeyd edib ki, Jirinovski növbəti fikirlərində erməni oliqarxlarını  xəsislikdə ittiham edir və eləcə də erməni xalqına hər zaman dəstək olduğunu və bundan sonra da olacağını bəyan etməklə yanaşı, onun özünü də yaddan çıxarmamalarını və ona da dəstək vermələrini xahiş  edir.

«Burada xoruzun quyruğu aydın görünür. "Cənab" kloun siyasətçi (P.S. həmkarım Z.Əsgərova təşəkkür edirəm), yoxsa Qudkovdan sonra sizin də maliyyə mənbələrinizin nəzarət altına alınacağından qorxursunuz? Odur ki, indidən qaranlıq gələcəyinizə erməıni oliqarxlarının çirkli pul yardımları ilə işıq salmaq istəyirsiniz? Amma əmin olun ki, tarixən o pullar bədbəxt erməni xalqını daha çox faciələrə sürükləyib onu əhatə edən qonşuları ilə düşmənçilik həddinə gətirib, sabaha inamlarını qırıb, əlləri hər yerdən üzülmüş halda sizin kimi avanturist bir siyasətbazın ümidinə qoyub. Bir də sizin Azərbaycanlılara qarşı hər yerdə və bütün səviyyələrdə "terrora çağırışınızı" dəstəkləsələr lap həyatın dibinə yuvarlanacaqlarına əminəm. Bir də Vladimir Volfoviç daha yaxşı olar ki, siz heç kimi dəstəkləməyəsiniz, özünüzün ona çox böyük ehtiyacınız olduğu halda.
Çünki liberallıq heç də simasızlıq demək deyil. Bunu dərk edən liberal-demokratlar özləri sizdən hesab soracaqlar. Özünüzlə birlikdə onları da terrora dəstəkçilərin sırasına qoşduğunuz üçün»- deyə, vitse-spiker vurğulayıb.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər