Modern.az

Sabahdan hava isti olacaq

Sabahdan hava isti olacaq

18 Sentyabr 2012, 14:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Yaxın 2 gündə ölkə ərazisində nisbətən isti hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir