Modern.az

Xankəndindəki hava limanı açılır

Xankəndindəki hava limanı açılır

18 Sentyabr 2012, 15:23


Xankəndi hava limanı istismara tam hazırdır və sentyabrın sonuna kimi istifadəyə veriləcək.. Modern.az bildirir ki, bu barədə tert.am saytına Dağlıq Qarabağdakı qondarma rejiminn “mülki aviasiya idarəsin”nin rəisi Dimitri Adabaşyan bildirib.

Adabaşyan deyib ki, may ayında hava limanı inspektorlar tərəfindən yoxlanılıb və obyektin Beynəlxalq Mülki Aviasiya Təşkilatının –İCAO-nun normativlərinə uyğun olduğu barədə rəy verilib.

“Hazırda obyektdə mütəxəssislərin ikinci qrupu çalışır. Onlar işlərini qurtardıqdan sonra hava limanı istifadəyə veriləcək”. 
Adabaşyanın sözlərinə görə, uçuşların təşkil edilməsi üçün müxtəlif şirkətlər müraciət ediblər. Hələlik yekun qərar qəbul olunmayıb.

Xatırladaq ki, rəsmi Bakı bu hava limanının istifadəyə verilmə cəhdinə qarşı kəskin mövqe bildirib. Azərbyacan höküməti bəyan edib ki,  bu hava limanına doğru uçan istənilən təyyarə məhv ediləcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır