Modern.az

Bu gün nəşi tapılan əsgərlərin FOTOLARI

Bu gün nəşi tapılan əsgərlərin FOTOLARI

27 Aprel 2021, 17:58

Xəbər verdiyimiz kimi, Respublika Hərbi Prokurorluğu Vətən müharibəsində itkin düşən daha iki şəhidin kimliyinin müəyyənləşdirildiyi barədə məlumat yayıb.


Əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək onlarının nəşinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.


Modern.az
-ın məlumatına görə, Azərbaycan Ordusunun əsgəri Elvin Mustafayev 7 avqust 1997-ci ildə anadan olub.


Müddətdən artıq hərbi qulluqçu Ələkbər Musayev 16 iyun 1999-cu ildə Cəlilabad rayonunda doğulub.


Xatırladaq ki, bu günə kimi İkinci Qarabağ Müharibəsində şəhid olan 2891 əsgərin kimliyi müəyyənləşib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı