Modern.az

AMİP-dən Etibar Məmmədovun namizədliyi ilə bağlı açıqlama

AMİP-dən Etibar Məmmədovun namizədliyi ilə bağlı açıqlama

18 Sentyabr 2012, 16:00

 

Ölkəmizdə keçiriləcək prezident seçkilərinə bir ildən çox vaxt qalsa da, daha bir siyasi partiya seçkilərlə bağlı öz mövqeyini bəyan edib. Belə ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə təmsil etdiyi partiyanın 2013-cü il prezident seçkiləri ilə bağlı prioritetlərini Modern.az-a açıqlayıb.  

Partiya sədri bildirib ki, AMİP prezident seçkilərinə qatılmaqla bağlı qərar qəbul edib. “Biz də təbii ki, prezident seçkilərində iştirak edəcəyik. Əlbəttə ki, Milli İstiqlal Partiyasının 2013-cü ildə öz namizədi olacaq. Ancaq qeyd edim ki, hazırda namizəd məsələsi partiyada gündəmdə olan məsələ deyil. Bunu partiyanın qurultayı müəyyən edəcək. Yalnız onu deyə bilərəm ki, biz seçkilərdə iştirak edərək, var gücümüzlə mübarizə aparacağıq”, - deyə Y.Bağırzadə bildirib.  

AMİP sədri partiya lideri Etibar Məmmədovun prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə haqda sualımıza cavab vermək istəmədiyini bildirib. “Bu məsələ ilə bağlı mən danışmaq istəmirəm. Deyə bilmərəm Etibar Məmmədov prezident seçkilərinə qatılacaq, yoxsa yox. Bunu özü daha yaxşı bilir”.  

  Anar RÜSTƏMOV  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir