Vətən müharibəsində şəhid olmuş hərbçimizlə Cəlilabadda vida mərasimi başlayıb.
APA-nın verdiyi məlumata görə, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayevin nəşi doğulduğu Cəlilabad rayonunun Mollalı kəndinə gətirilib.
Şəhidlə vida mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, sakinlər iştirak edir.
Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.
O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.