Modern.az

Azərbaycan səfirinin köşə yazısı Xorvatiya jurnalında

Azərbaycan səfirinin köşə yazısı Xorvatiya jurnalında

27 Aprel 2021, 22:24

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun “Ədalət və həmrəyliyin zamanı gəlmişdir” adlı köşə yazısı Xorvatiyanın “Nacional” ictimai-siyasi jurnalında dərc olunub.

 

Modern.az xəbər verir ki, azərbaycanlı səfir köşə yazısında 2 ilə yaxın müddət ərzində dünyada yayılmış COVID-19 pandemiyasının  iqtisadi, sosial və siyasi təsirlərindən söz açaraq, inkişaf etmiş və etməkdə olan dövlətlərin pandemiyanın gətirdiyi çətinliklərlə  mübarizədə fərqli mövqedə olduqlarını qeyd edib.

 

Həmçinin yazıda Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğu, 2020-ci ilin aprelində Türk Şurası Zirvəsi, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə Görüşü və 2020-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin Dövlət və Hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təşəbbüslərinin etdiyini, COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələr arasında olduğu da  bildirilir.

 

Ölkəmizin həyata keçirdiyi tədbirlər sadalanaraq, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianələr və həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizə üçün birbaşa humanitar və maliyyə yardımı haqqında söz açılır.

 

Azərbaycan tərəfindən peyvəndlərin paylanılmasında ədalətlilik prinsipinin dəstəklənməsi BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürülməsi oxucuların diqqətinə çatdırılıb.

 

Yazıda həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesusun Azərbaycan Prezidentinin BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlayaraq, Prezident İlham Əliyevin fikirləri ilə razılaşdığı vurğulanıb.

 

Köşə yazısının onlayn versiyasını //www.nacional.hr/gost-kolumnist-fakhraddin-gurbanov-vrijeme-je-za-pravednost-i-solidarnost/ linkindən oxumaq mümkündür.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir