Modern.az

Bakıda arıçılıq məhsullarının yarmarkası başlanır

Bakıda arıçılıq məhsullarının yarmarkası başlanır

18 Sentyabr 2012, 16:31

Oktyabr ayının 17-də Bakıda arıçılıq məhsullarının satış yarmarkasının  keçirilməsi planlaşdırılır.  Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Modern.az-a verdiyi məlumata görə, yarmarkanın keçirilməsi üçün təşkilati işlər gedir. Bal satışı sərgisi paytaxt sakinlərinə müxtəlif regionlardan gətirilən məhsullarla tanış olmaq imkanı verəcək. 

Yarmarkada nə qədər arıçının iştirak edəcəyi və nə qədər arıçılıq məhsulunun satışa çıxarılacağı məlum deyil.

Qeyd edək ki, ötən il arıçılıq məhsullarının satış yarmarkası sentyabrın 20-dən oktyabrın 5-dək keçirilmişdi. Yarmarkada 42 rayondan 250 nəfər arı təsərrüfatı və yüksək keyfiyyətli 400 ton bal satışa çıxarılmışdı.

Gültəkin Ələsgər    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir